Ancelina Coli İsrailə sərt reaksiya verdi

2-11-2023, 11:38           
Ancelina Coli İsrailə sərt reaksiya verdi
Amerikalı aktrisa və Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş xoşməramlı səfiri Ancelina Coli İsrailin Qəzzada Cibaliye Qaçqınlar Düşərgəsinə hücumuna reaksiya göstərərək atəşkəs çağırıb.

"Unikal" xəbər verir ki, dünya şöhrətli sənətçi şəxsi "Instagram" hesabında qaçqın düşərgəsinin hücumdan sonrakı görüntülərini paylaşaraq “Bu, qaçmağa yeri olmayan, tələyə düşmüş cəmiyyətə qəsdən edilən hücumdur” deyib.

Coli Qəzzənin son 20 ildə açıq həbsxana olduğunu və bu gün sürətlə kütləvi məzarlığa çevrildiyini vurğulayıb.

Tərəfləri atəşkəsə çağıran aktrisa, "Humanitar atəşkəs tələbini rədd edərək və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərə şərik olurlar", - bildirib.

Qəzza Səhiyyə Nazirliyi ötən gün İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə hücum etdiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada, hücumda ilkin təsbitlərə görə 100 nəfərin həyatını itirdiyi, düşərgədəki mülki yaşayış məntəqələrindən biri olan 6 Məhəllə məhəlləsinin tamamilə dağıdıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru