Puqaçova Rusiyaya qayıtdı

3-11-2023, 10:04           
Puqaçova Rusiyaya qayıtdı
Alla Puqaçova Rusiyaya qayıdıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalında məlumat verilib.
Bildirilib ki, sənətçi bu gün axşam saatlarında Pskov sərhəd keçid məntəqəsindən Rusiya ərazisinə daxil olub. O, sərhəd-keçid məntəqəsindən keçərkən üzünü şarfla gizlətməyə çalışıb.
Məlumatda o da bildirilir ki, müğənni Rusiyaya tək, yəni həyat yoldaşı Maksim Qalkinsiz dönüb.
Qeyd edək ki, Alla Puqaçova Maksim Qalkinlə birgə 2022-ci ilin yazında, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra uşaqları ilə birlikdə İsrailə köçüb. O vaxtdan müğənni Rusiyay cəmi iki dəfə gəlib.
Xatırladaq ki, Puqaçova oktyabrın 31-də dörd aydan sonra "Instagram"da foto paylaşaraq “Həyatımıza davam edirik” başlığı ilə bir paylaşım etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru