83 yaşında dördüncü dəfə ata olan Al Paçinonun övladı üçün ödəyəcəyi aliment heyrət doğurdu - FOTO

4-11-2023, 15:07           
83 yaşında dördüncü dəfə ata olan Al Paçinonun övladı üçün ödəyəcəyi aliment heyrət doğurdu - FOTO
İyun ayında dördüncü dəfə ata olan məşhur Hollivud aktyoru Al Paçinonun 29 yaşlı sevgilisi Nur Alfallaha ödəyəcəyi alimentin məbləği açıqlanıb və heyrət doğurub.

Cütlük körpənin doğulmasından 3 ay sonra ayrılıb. Alfallahın Al Paçinoya qarşı qaldırdığı qəyyumluq işi ilə bağlı qərar verilib.

Aktyorun Nur Alfallaha qabaqcadan 110 min dollar verdiyi və hər ay təxminən 30 min dollar ödəməyə davam edəcəyi məlum olub.

Al Paçinonun oğlunun təhsil fondu üçün hər il 15 min dollar verəcəyi də qeyd edilib.
Gəlir səviyyəsindən asılı olaraq aktyorun ilin sonuna kimi daha 90 min dollar verməsi də nəzərdə tutulur.





Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.