İşdən çıxarılanlarla bağlı ATV-dən — AÇIQLAMA

22-07-2016, 19:28           

"ATV böyük bir şirkətdir və burada 400-500 əməkdaş çalışır. Burada müxtəlif vaxtlarda gedənlər də olub, işə qəbul olunanlar da. Yəni, iş yeri olan istənilən təşkilat üçün belə şeylər adi haldır".

Bu fikirləri Ölkə.Az-a açıqlamasında ATV-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bir qrup əməkdaşın şirkətdən uzaqlaşdırılmasıyla bağlı xəbərə münasibət bildirərkən səsləndirib. V.Aydınoğlu deyib ki, yazıda adı çəkilən şəxslərdən biri öz ərizəsi ilə, biri isə səhhətinə görə, özü də müxtəlif vaxtlarda işdən ayrılıblar:

"Elələri də var ki, hazırda işinin başındadır. Təəssüf doğuran hal odur ki, bir sıra saytlar ATV-nin adını hallandırmaqla özlərinə oxucu yığmağa çalışırlar. Əsası olmayan məlumatlardır".

Xatırladaq ki, bizimyol.info saytının yaydığı xəbərdə rejissor Tahir Xəlfəquliyevin, departament rəhbəri Rəcəb Vəliyevin, koordinator Rasim Məmmədovun ATV prezidenti Vüqar Qaradağlının göstərişi ilə işdən uzaqlaşdırıldığı qeyd olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru