ANS əməkdaşlarını məzuniyyətə göndərdi

23-07-2016, 20:29           

Fəaliyyəti dayandırılan Azərbaycanın ilk özəl telekanalı olan ANS televiziyasının işçiləri məzuniyyətə göndərilib.

Bu barədə gununsesi.info-ya adıçəkilən kanaldan bildiriblər.

Məlumatda qeyd olunur ki, kanal rəhbərliyi 22 iyul Milli Mətbuat Günündə ölkə başçısının müdaxiləsi ilə telekanalın yenidən yayıma başlayacağını gözləsə də, bu baş verməyib. Ona görə də bu gündən etibarən ANS televiziyası, ANS ÇM radiosunun və ANSPRESS.com saytının əməkdaşları qeyri-müəyyən müddətə məzuniyyətə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru