Naibə Allahverdiyeva ərə gedir: “Bir kişi var...”

25-07-2016, 13:18           
Naibə Allahverdiyeva ərə gedir: “Bir kişi var...”
Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşır.

Bu barədə AzNews.az-a aktrisa özü məlumat verib. N. Allahverdiyeva hazırda böyük eşq yaşadığını qeyd edib: “Həyatımda bir kişi var, onu həddən çox sevirəm. Qadını gözəl edən sevgidir, məhəbbət ölüm kimi bir şeydir. O nə yaşa, nə zamana baxır, gözləmədiyin bir anda gəlir. Özümü xoşbəxt qadın sayıram. Bu günə kimi xoşbəxtliyin nə olduğunu bilməmişəm. Amma sən demə qadın üçün pul, var-dövlət, ad-san boş şeymiş. Qadın mütləq sevməlidir. Bir qadın sevirsə, deməli yaşayır”.

N.Allahverdiyeva bildirib ki, sevdiyi şəxs incəsənət adamı deyil: “Sevdiyim kişi incəsənət adamı deyil, amma mənimlə dərindən maraqlanır və məni bir aktrisa kimi dəyərləndirir. Blirsiniz, mənim şöhrətim də olub, az-çox pul da qazanmışam. Amma xoşbəxt olmamışam. Əsas odur ki, o şəxs ürəyimcə olan insandır. Xoşbəxtəm ki, onu sevirəm”.

Aktrisa “toy gözlənilirmi” sualına “inşallah” deyə cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru