AzTV-nin aparıcısına İTV-də vəzifə verildi

25-07-2016, 15:03           

AzTV-nin “Xəbərlər” və “Səhər” proqramlarının aparıcısı Rəşad Mehdiliyə yeni vəzifə verilib.

teref.az aznews.az-a istinadən xəbər verir ki, teleaparıcı İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya şöbəsinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, sözügedən departamentin rəisi Rauf Rəcəbovdur. O, bu posta bir neçə həftə əvvəl gətirilib.

Qeyd edək ki, R.Mehdili iyulun 17-dən etibarən İTV-də veriliş aparır. O, “Həftənin Yekunu” proqramında verilişin müəllifi və aparıcısı, hazırda yay məzuniyyətində olan Şaiq Məmmədovu əvəzləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru