ANS kanalı faəliyyətini bərpa edəcək, amma... - Müzakirə gedir...

28-07-2016, 14:13           

"Əgər bütün bunlar ANS-çiləri qane etməsə, o zaman müvəqqəti efir qadağası telekanalın lisenziyasının ləğvi ilə müşaiyət olunacaq"

Qardaş Türkiyədə baş verən məlum şevrilişə cəhd zamanı özünü qeyro-peşəkar yöndən göstərən ANS telekanalına qarşı ən sərt addım atıldı. Məlum olduğu kimi kanal bağlandı. Və bu gün ANS-in fəaliyyətini bərpa edib-etməyəcəyi məsələsi ictimai rəydə ən çox düşündürən suallardan biridir.

Bununla bağlı DİA.AZ-a maraqlı informasiya daxil olub. Bilgili qaynaqlardan sızan xəbərə görə, telekanal 1 aylıq məhdudiyyət bitdikdən sonra fəaliyyətini bərpa edəcək, amma...

Mənbənin dia.az-a söylədikləri: "Amma ANS-də ciddi qadağalar tətbiq olunacaq. Bəlkə də siyasi yüklü bütün proqramlar iptal olunacaq. Bundan əlavə telekanalın rəhbərliyində də dəyişiklik olacaq. Elə sənəd məsələsində də bu özünü əks etdirəcək. Yəni əvvəlki ANS-dən demək olar ki, heç nə qalmayacaq".

Hələlik bu barədə müzakirələrin getdiyini bildirən mənbə onu da əlavə etdi ki, əgər bütün bunlar ANS-çiləri qane etməsə, o zaman müvəqqəti efir qadağası telekanalın lisenziyasının ləğvi ilə müşaiyət olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru