Rayan Reynolds “Dedpul-3” filminin çəkilişlərindən paylaşım edib - FOTO

1-01-2024, 16:04           
Rayan Reynolds “Dedpul-3” filminin çəkilişlərindən paylaşım edib - FOTO
Rayan Reynolds Dedpul geyimində yeni fotosunu paylaşıb.

“Təşəkkür edirəm 2023. İlin əsas hissəsini sevdiyim insanlarla işlərərək və oynayaraq keçirdim”, - deyə Reynolds sosial şəbəkədə hesabında yazıb.

Xatırladaq ki, “Dedpul-3” filminin 26 iyul 2024-cü ildə çıxması planlaşdırılır. Reynolds bu yaxınlarda medianı və pərəstişkarlarını filmi korlamamaq üçün çəkilişdən fotoları dərc etməməyə çağıran yazı paylaşmışdı.

“Sürprizlər kinonun sehrinin bir hissəsidir. Yeni Dedpul filmini daxili və ya rəqəmsal olaraq deyil, praktik effektlərdən istifadə etməklə real, təbii şəraitdə çəkmək bizim üçün vacibdir. Teleobyektivlər sürprizləri məhv etməyə və hər kəs üçün çətin vəziyyətlər yaratmağa davam edir”, - o yazıb.

Qarşıdan gələn filmin süjeti açıqlanmayıb, lakin media onun həqiqətən də müxtəlif dünyalar arasında səyahətə həsr olunacağına inanır.
Qeyd edək ki, filmin rejissoru Şon Levidir.

Mənbə: daily.afisha.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru