Türkiyəli müğənni Ebru Polat bir gündə “milyonçu” oldu - FOTO

7-01-2024, 12:54           
Türkiyəli müğənni Ebru Polat bir gündə “milyonçu” oldu - FOTO
Türkiyəli müğənni Ebru Polat “Instagram”ın səhvən ona 21 milyon 686 min dollar (təxminən 38 milyon manat) göndərdiyini açıqlayıb.

Sosial şəbəkədə video yayımlayan Polat böyük sürprizini izləyiciləri ilə bölüşüb.

“Dostlar, şoka düşəcəksiniz, dünən gecə çox maraqlı bir şey oldu. “Instagram” məni bir gündə, bir günlük “Forbes” siyahısına saldı. Hesabıma təxminən 600 milyon türk lirəsi göndərdi. Mən şoka düşdüm. Təbii ki, səhər pulu geri çəkiblər. Hazırda hesabımda belə miqdarda pul yoxdur, amma bir günlük “Forbes” siyahısında oldum”, - deyə sənətçi təccübünü bildirib.

Müğənni bunun bir səhv olduğunu hesab etdiyini qeyd edib.
“Məncə, “Instagram” səhv edib. Səhər dərhal qaça-qaça pulu çıxarmağa gedəcəkdim. Təxminən 21 milyon dollar. “Instagram”, sən necə belə bir şey edə bilərsən? Məni həvəsləndirdin. Bu barədə vəkilimdən soruşacağam, bəlkə də bu mənim haqqımdır”, - deyə müğənni ümidini itirmədiyini vurğulayıb.

Mənbə: milliyet.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru