Məşhur müğənni Maykl Boltonda beyin şişi aşkarlanıb - FOTO

7-01-2024, 15:09           
Məşhur müğənni Maykl Boltonda beyin şişi aşkarlanıb - FOTO
ABŞ-li müğənni Maykl Boltonda beyin şişi aşkarlanıb.

O, bu barədə öz “Facebook” hesabında yazıb.

Bolton xəstəliyi barədə 2023-cü ilin sonunda öyrənib. Sənətçi bildirib ki, şişi çıxarmaq üçün təcili olaraq əməliyyat olunub. O, həkimlərə peşəkarlıqlarına görə təşəkkür edib. Hazırda müğənni evində xəstəlikdən sonra bərpa prosesini keçir.

“Mən sağalmaq üçün bir neçə aylıq ara verəcəyəm. Bu o deməkdir ki, mən qastrol səfərinə müvəqqəti fasilə verirəm. Şounun vaxtını dəyişdirmək və ya pərəstişkarlarımı məyus etmək mənim üçün həmişə çox çətin olub, lakin mən bərpa prosesini sürətləndirmək və tezliklə səhnəyə qayıtmaq üçün çalışıram”, - deyə müğənni bildirib.
Qeyd edək ki, Bolton 15 yaşından musiqi ilə məşğuldur. 1975-ci ildə o, “Michael Bolotin” adlı ilk albomunu buraxıb. 1990-cı ildə müğənninin “How Am I Supposed to Live Without You” mahnısı “Grammy” mükafatına layiq görülüb. 1992-ci ildə isə “When a Man Loves a Woman” mahnısına görə yenidən mükafat alıb.



Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru