Fransada azərbaycanlı pianoçunun konserti keçirilib - FOTO

7-01-2024, 16:54           
Fransada azərbaycanlı pianoçunun konserti keçirilib - FOTO
Fransanın paytaxtı Parisdə azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadənin konserti keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konsertdə bu ölkənin ziyalıları, incəsənət xadimləri, musiqi həvəskarları iştirak ediblər.

Azərbaycanlı pianoçu S.Bax, P.Çaykovski, Qara Qarayev və digər bəstəkarların musiqilərini ifa edib.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecini, 2020-ci illərdə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə başa vuran E.Ələkbərzadə 2022-ci ildən təhsilini Paris şəhərindəki “Ecole Normale Alfred Cortot” məktəbində davam etdirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru