“Başımızdan qapaz vurub, döyə-döyə öyrədirdi”- Xanım Yadigarlı ANS haqqında
29-07-2016, 22:09
ANS Müstəqil Yayım və Media Şirkəti televiziyanın yayım lisenziyasının ləğvi ilə bağlı verilmiş məhkəmə qərarının ardından kanalın əməkdaşları üzüntülərini sosial şəbəkələrdən paylaşıblar. Belə ki, kanalın gənc aparıcılarından Xanım Yadigarlının statusu diqqət çəkib. Gununsesi.info statusu olduğu kimi təqdim edir: “Özüm də daxil olmaqla, 90-larda doğulan uşaqlara ürəyim yanır. Bizdən sonrakılara danışılası heç nəyimiz qalmır. Müharibə ərəfəsində doğulan sonra da tarixinin başı açılmayan gənclik… Bir ANSimiz var idi. Həm tarix idi, həm milli dəyər, vətənpərvərlik ruhunu kiçik ensiz koridorlarında bu günə qədər yaşadırdı… Ana idi, ata idi. Başımızdan qapaz vurub, döyə-döyə öyrədirdi. Xalq üçün,vətən üçün, Çingiz yolu ilə.. İçi mən qarışıq indiyə kimi bu kanaldan müxtəlif səbəblərlə ayrılanlar olub. Amma ANS-in aşıladığı dəyərlər qəlbimizdə çıraq kimi yanır. Qapıdan girəndə Çingizin əşyalarından ibarət kiçik bir guşə var idi. Eynəyi,astra siqareti,cibindəki son pullar… Hamısı da qum üstünə düzülmüşdü. O köhnə bina Çingizlə, müharibə arxivi ilə o qədər zəngin idi ki… Tarix yaşayan, yaşadan, tarixin ANS-i...”.