Faiq Ağayev ANS-in bağlanmasından danışdı: Böyük itkidir

30-07-2016, 12:14           

Azərbaycanın xalq artisti Faiq Ağayev ANS televiziyasının bağlanması xəbərinə münasibət bildirib.

Müğənni ANS-ın bağlanması televiziya məkanımız üçün böyük itkidir: "25 il Azərbaycan tamaşaçısına operativ, etibarlı xeberler çatdırıb, xidmet eden ANS TV-nin yayımdan məhrum olması böyük itkidir. Doldurulmaz, kəskin boşluqdur bu tamaşaçılar üçün.

Xalq artisti ANS-in açılacağını ümid etdiyini də deyib: "Ümidvaram ki, Ali Məhkəmə bu işin son qərarını verəndə, Azərbaycan telemekanının ayrılmaz hissəsi, Azərbaycan jurnalistikasının parlaq simalarından biri olan ANS-i xalqdan, xalqı da ANS-den iraq saxlamayacaq.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətinə baxılıb.
Hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub və telekanalın lisenziyası ləğv edilib.

AZXEBER.COM












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru