Müğənni və aparıcı Mehin Hümbətova ifaçı həmkarı ilə bağlı qalmaqallı fikirlər səsləndirib.
Bu haqda Mehin qonaq olduğu “Özəl” verilişində danışıb.
Hümbətova bir neçə il əvvəl Azərbaycan Televiziyasında aparıcısı olduğu “1az TV” verilişində qonağı olan müğənninin savadsızlığı ilə üzləşib. Mehin həmin ifaçını “radio müğənnisi” adlandırıb:
“Bəzən elə qonaqlarımız olur ki, onlar danışmağa meylli olmurlar, nə də ki, bunu bacarırlar. Sadəcə “hə, yox, bəli, xeyr, bilmirəm”... Ortaya mövzu atmırlar. Danışıq qabiliyyətləri yoxdur. AzTV-də veriliş apardığım müddətdə belə bir qonağım olmuşdu. Tanınan, gənc və çox sevilən ifaçıdır. Hazırda da o xanım fəaliyyət göstərir, amma ağzından “hörrə” tökülür. Heç danışmağı bacarmır. Nə cümləni qura, nə də ki, düzə bilir. Çox savadsız formada “əəə, üüü, ööö” edə-edə, qırıla-qırıla danışır. Aparıcı nə qədər onu peşəkarcasına o vəziyyətdən çıxartmağa çalışsa da yenə də savadsız olduğuna görə, belə ifaçıları “radio ifaçıları” adlandırıram. Sözləri də mən ona kömək edirdim deməyə. Belə ifaçılar yalnız radioda mahnılarını təqdim etməlidir”.