Robbi Uilyams: “Yadplanetlilər məni elçi seçmək istəyirlər”

4-04-2024, 17:34           
Robbi Uilyams:
Müğənni Robbi Uilyams yadplanetlilərin onu Yer kürəsindəki elçiləri seçmək istədiklərini bildirib.

“Mən yenicə “Arizona” adlı mahnı yazdım və o, yadplanetlilərlə əlaqə haqqındadır. Eyvanda dayanıb həmin mahnını oxuyurdum və birdən səmada böyük qızılı işıq topu əmələ gəldi. Düşündüm ki, bu, Venera və ya Marsdır, yaxud da buna bənzər bir şeydir. Lakin mahnı oxumağı dayandırdıqdan sonra o, yoxa çıxdı”, - deyə Uilyams bildirib.

O, bundan sonra sirli işığın daha dörd dəfə geri qayıtmasına aydınlıq gətirib. Üstəlik, 50 yaşlı sənətçi iddia edib ki, bir neçə dəfə yadplanetlilərin kosmik gəmilərini yaxından görüb.

Müğənni hesab edir ki, yer üzündə yüksək populyarlıq qazandığı üçün yad irqlər onu seçib. Uilyamsın fikrincə, yadplanetlilər ondan başqa planetlərdə həyat haqqında danışmaq üçün istifadə etmək istəyirlər.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.