Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib

5-04-2024, 00:02           
Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

HİT.az xəbər verir ki, bununla bağlı aktrisa özü məlumat yayıb. Sənətçi bildirib ki, günlərdir güclü ağrılardan əziyyət çəkir:

"Üç gündür qışqırığım, ağlamağım kəsilmir. Ağrı içində ölürəm, hərarətim düşmür. Təcili tibbi yardım çağırmışam. Deyirlər infeksiya var. Amma məni xəstəxanaya aparmaq istəmirlər. Deyirlər, yer dolub. Bəs mən hər ay maaşımdan niyə sığorta ödəməsi edirəm? Xəstə bir də öləndən sonra yardım edəcəklər. Ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?".

TƏBİB-dən Axşam.az-a verilən məlumata görə, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib. Hazırda N.Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə aparılıb, ona zəruri həkim baxışı və müayinələr təyin edilib. Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru