Cavanşir Məmmədov bahalı avtomobili ilə qaydaları pozdu - VİDEO

10-04-2024, 17:45           
Cavanşir Məmmədov bahalı avtomobili ilə qaydaları pozdu - VİDEO
Əməkdar artist Cavanşir Məmmədov yol hərəkəti qaydalarını pozub.

Bizim.Media xəbır verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, C. Məmmədov bir müddət əvvəl verilişlərin birində 90 min manata satışa çıxardığı retro "Rolls Royce" markalı avtomobili ilə köbud şəkildə qaydaları pozub.

Sənətkar nəqliyyat vasitəsini idarə edən zamanı həm təhlükəsizlik kəmərini taxmayıb, həm də sükan arxasında telefonla danışıb.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən təhlükəsizlik kəməri taxılmadığı halda sürücü 150 manat məbləğində cərimə edilir. Sükan arxasında telefonla danışmaq isə İnzibati Xətalar Məcəlləsinin 155. 6-ci maddəsi ilə tövsif olunur və xətalara görə 50 manat məbləğində cərimə müəyyən edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru