"Ramazan bayramında özünü oruc tuturmuş kimi təqdim edən bir sıra sənət adamları var"
11-04-2024, 08:28
“Ramazan bayramında özünü oruc tuturmuş kimi təqdim edən bir sıra sənət adamları var. Onlar özlərini 1 ay oruc tuturmuş kimi cəmiyyətə təqdim edirlər. Bizi aldatdınız, bəs Allahı necə aldada bildiniz?”
Bu sözləri müğənni Əli Mirəliyev “Cebhe.info”-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, müqəddəs Ramazan ayında özünü oruc tuturmuş kimi göstərən tanıdığı bir çox sənət adamları var:
“Mən uzun müddətdir ki, sənət aləmindəyəm. Özünü hacı kimi, oruc tutan kimi, namaz- niyazında olan adam imiş kimi göstərən kifayət qədər çox sənət adamları tanıyıram. Adlarını çəkmirəm, özləri bilirlər.
Onlara buradan səslənirəm, Allah sizə qənim olsun! Necə dəfə görmüşəm, deyirəm ki, bəs sən oruc deyildin? Deyir ki, bu gün orucumu dərman içdiyim üçün pozmuşam. Məni aldatdın, uca rəbbimi necə aldada bildin?!”