Ben Afflekin qızı artıq onun oğlu oldu - FOTO

11-04-2024, 12:58           
Ben Afflekin qızı artıq onun oğlu oldu - FOTO
Hollivud ulduzları Ben Afflek və Cennifer Qarnerin 15 yaşlı qızı artıq onların oğludur. Əvvəllər qızın adı Serafina idi, indi isə Fin.

Bu barədə “Daily Mail” xəbər yayıb. Nəşr onun adını dəyişdirdikdən sonra ilk görüntülərini paylaşıb.

Məlumata görə, Fin gözəllik salonunda onu gözləyən anası Cennifer Qarnerlə görüşüb. O, qara köynək, yanlarında cibləri olan bej şort, boz idman ayaqqabısı və bənövşəyi corab geyinib.

Qeyd edək ki, Ben Afflek və Cennifer Qarner bir il görüşdükdən sonra 2005-ci ildə evləniblər. 10 il sonra ulduzlar ayrılmaq qərarına gəliblər. Aktyorların üç övladı var: qızları Violet, Fin, oğulları Samuel.

Qeyd edək ki, bir müddət əvvəl Cennifer Qarner uşaq böyütməyin çətinlikləri haqqında danışmışdı:
“Valideynlərim də bunu ediblər... Artıq mən bunun nə qədər çətin olduğunu anlayıram və heyrətə düşürəm. Onlara “Mən sizi belə görürəm” və ya “Məncə, siz hər şeyi belə etməlisiniz” deməmək mənə çox çətin gəlir. Həqiqətən, əli-qolu bağlı qalmalı oluram. Mən həyatlarının bu yeni mərhələsində onların kim olacaqlarını və nəyi öyrənəcəklərini qərar vermələrini, sadəcə, kənardan izləyirəm”.

Bununla belə, ulduz onların çox maraqlı həyatının olduğunu da etiraf edib.

“Onlarla bağlı hər şeylə maraqlanıram”, - deyə aktrisa bildirib.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.