Elza bu televiziya kanallarını məhkəməyə verdi - “Anar müəllimi narahat ediblər...“

19-09-2024, 16:39           
Elza bu televiziya kanallarını məhkəməyə verdi - “Anar müəllimi narahat ediblər...“
Əməkdar artist Elza Seyidcahan “Azad Azərbaycan” (ATV) və Baku TV-ni məhkəməyə verib.

Buna səbəb sənətçinin bir müddət əvvəl sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən “Tüpürcəyim baldır mənim” şeiri olub.

Bununla bağlı Seyidcah APA TV-yə müsahibəsində deyib:

“Bu şeirdə nə var ki? Efirdə gündəm üçün Elzanın adından deyirlər ki, “Tüpürüm sizin ağzınıza”. ATV və Baku TV-yə məhkəmədən məktub gedib. Onları bağışlayaram, amma Anar müəllimi (Azərbaycan Yazıçılar Birliyinin sədri - red.) narahat ediblər. Buna görə də mən onları məhkəməyə verdim”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.