Əməkdar artist Kifayət Gəncəli vəfat edib

Bu gün, 11:08           
Əməkdar artist Kifayət Gəncəli vəfat edib
Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

Bu barədə mərhumun qızı Elza Məmmədova məlumat verib.

Bildirilib ki, K.Gəncəli bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

Allah rəhmət eləsin! (APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.