Ancelina Coli və Haluk Bilgineri bir araya gətirən "Maria" filmindən maraqlı kadrlar

Dünən, 17:08           
Ancelina Coli və Haluk Bilgineri bir araya gətirən "Maria" filmindən maraqlı kadrlar
Hollivud ulduzu Ancelina Coli və məşhur türkiyəli aktyor Haluk Bilgineri bir araya gətirən "Maria" filmi kino aləmində böyük maraqla gözlənilir.

"Haber Global"-ın verdiyi məlumata görə, "Oskar" yarışında ən güclü namizədlərdən biri kimi göstərilən filmdən kadrlar yayımlanıb və görüntülər qısa müddətdə sosial mediada gündəm yaradıb.

Film, yunan əsilli amerikalı soprano Mariya Kallasın 1970-ci illərdə Parisdəki həyatını və dərin tənhalığını təsvir edir. Ancelina Coli Kallas rolunda, Haluk Bilginer isə Kallasın sevgilisi kimi tanınan məşhur yunan biznesmen Aristotel Onassis rolunda tamaşaçı qarşısına çıxır.

Filmdəki mahnı səhnələrində A.Colinin öz səsi ilə M.Kallasın orijinal yazıları bir arada istifadə olunur.

"Maria" filmi oktyabrın 27-də ABŞ-də kinoteatrlarda nümayiş olunacaq.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.