"Apple" tam bir həftəlik təqdimatların anonsunu verib

Dünən, 17:54           
"Apple" tam bir həftəlik təqdimatların anonsunu verib
"Apple"ın marketinq şöbəsinin rəhbəri Qreq Cosviak yeni kompüterlərin təqdim olunacağına işarə edib.

Oxu.Az-ın məlumatına görə, o, "X" sosial şəbəkəsindəki səhifəsində gələn həftə şirkətin bir neçə yenilik təqdim edəcəyini bildirib.

Q.Cosviakın sözlərinə görə, ilk elan artıq bazar ertəsi olacaq.

"Bazar ertəsi səhərdən başlayacaq həyəcanverici elanlar həftəsi bizi gözləyir. Bizimlə qalın" - deyə Q.Cosviak tərəfindən paylaşılan tizerdə "Mac" qeyd olunub və "Finder" ikonasının "Apple" loqosuna çevrildiyi qısa video var.

"Apple"ın yenilənmiş "Mac", "Mac mini" və "MacBook Pro" modellərini təqdim edəcəyi gözlənilir.

Həmçinin bazar ertəsi "iOS 18.1", "iPadOS 18.1" və "OS Sequoia 15.1" yenilənmələrinin buraxılışı planlaşdırılır. Q.Cosviakın özünün işarə etdiyi kimi, bu səbəbdən yeni kompüterlərin elanları çərşənbə axşamı ola bilər və ya bütün həftə boyu davam edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.