"Mission: Impossible 8" filminin ilk treyleri yayımlandı

12-11-2024, 18:04           
"Mission: Impossible 8" filminin ilk treyleri yayımlandı
"Paramount Pictures" şirkəti "Mission: Impossible 8: The Final Reckoning" ("Çətin Tapşırıq 8") filminin ilk tizer treylerini təqdim edib.

Oxu.Az xəbər verir ki, kadrlar kinostudiyanın "YouTube" səhifəsində dərc olunub.

Yeni film 23 may 2025-ci ildə nümayiş etdiriləcək.

Ekran əsəri süni intellektlə mübarizə aparan agent İtan Hantın hekayəsindən bəhs edəcək. Filmin yaradıcıları vurğulayırlar ki, bu, məşhur döyüş filmləri seriyasının son hissəsi olacaq.

Filmdə əsas qəhrəmanı hər zamankı kimi Tom Kruz canlandırır. Rejissor kürsüsündə isə Kristofer MakQuarri əyləşib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru