Məşhur mahnıların ifaçısı olan müğənni Türkiyənin birincisi seçildi: Sosial media ikiyə bölündü

Bu gün, 17:38           
Məşhur mahnıların ifaçısı olan müğənni Türkiyənin birincisi seçildi: Sosial media ikiyə bölündü
Türkiyədə son illərin ən məşhur müğənnilərindən olan Zeynep Bastık sosial mediada aparılan sorğuda "Ən seksual türk qadını" seçilib.

Bu barədə "Haber Global" xəbər verir.

31 yaşlı müğənninin bu adı alması sosial medianı iki yerə bölüb. Zeynep Bastıkın pərəstişkarları onun bu ada layiq olduğunu iddia etsələr də, tənqidi yanaşanlar da olub.

Müğənninin pərəstişkarları "Layiq olduğu adı aldı", "Çox gözəl qadındır" kimi müsbət şərhlər yazıblar. Bəzi istifadəçilər isə "Gözəlmi görməmişik?", "Münsiflər heyəti onu nəyə görə seçdi?" kimi tənqidi fikirlər bildiriblər.

Qeyd edək ki, Zeynep Bastık son zamanlarda çox dinlənilən və məşhur olan "Uslanmıyor bu", "Lan", "Gül beyaz Gül", "Yanımda kal", "Yağmur", "Toz duman", "Elimde değil", "Çalkala", "Bi tek ben anlarım", "Her yerde sen", "Felaket", "Aşkın mevsimi", "Yol", "Yalan", "Dayan yüreğim", "Dön bak dünyaya", "Sana bayılıyorum", "Ara" kimi mahnıların ifaçısıdır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.