Selena Qomes nişanlanmasını Castin Biberə görə təxirə salıbmış

14-12-2024, 17:16           
Selena Qomes nişanlanmasını Castin Biberə görə təxirə salıbmış
Dünya şöhrətli müğənni Selena Qomes musiqiçi və prodüser Benni Blanko ilə nişanını uzun illər sevgili olduğu Castin Biber səbəbindən təxirə salıbmış.

Məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.

Bildirilir ki, Qomes köhnə təqiblər fonunda onu Castinin ailəsindəki xoş hadisələrə - oğlunun doğulmasına görə diqqət çəkməyə cəhd etməkdə günahlandıracaqlarından qorxub.

"Selena Qomes bilirdi ki, onu nişanlanması ilə Biberin uşağından diqqəti yayındırmağa çalışmaqda, ya da ona acıq vermək üçün ərə getməkdə günahlandıracaqlar. Hər halda, o, bunu başa düşürdü və belə şayiələrin yayılmasının qarşısını almağa çalışırdı", - deyə nəşrin insayderi əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Selena Qomes nişanlandığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru