Uğursuz film yaradıcılarına milyonlar qazandırdı

15-12-2024, 16:58           
Uğursuz film yaradıcılarına milyonlar qazandırdı
2022-ci ilin aprelində Cared Letonun baş rolda oynadığı "Morbius" filmi təqdim edilib. Film demək olar ki, bütün cəhətlərinə görə həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən tənqid edilib. Lakin bu yaxınlarda filmin uğursuz olmasına baxmayaraq gəlirli olduğu üzə çıxıb.
Bu barədə championat.com yazıb.

Məlumata görə, 75 milyon dollarlıq büdcə ilə film dünya üzrə kassada təxminən 167 milyon dollar qazanıb.

Qeyd edək ki, "Morbius" "Sony" kinostudiyası tərəfindən çəkilib. Film uğursuz təcrübə nəticəsində vampirə çevrilən alim Maykl Morbiusun hekayəsindən bəhs edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru