“WhatsApp”da yeni xidmət - İstifadəçiləri darıxmağa qoymayacaq

10-01-2025, 12:34           
“WhatsApp”da yeni xidmət -
“WhatsApp” istifadəyə verdiyi suni intellekt sistemini daha əlçatan edir.
TEREF Metbuat.az-a istinadla xəbər verir ki, bundan əvvəl “WhatsApp”da AI tərəfindən dəstəklənən fərdi chatbotlar yaratmağa imkan verən AI Studio funksiyası istifadəyə verilmişdi. İndi “WhatsApp” bu funksiyanı daha əlçatan etmək üçün tətbiqə xüsusi Süni İntellekt bölməsini əlavə edib. Yenilik “WhatsApp”ın Beta versiyasında müşahidə edilib. Qruplar (Communities) formasında olan AI bölməsi süni intellekt botlarını istifadəçilərə daha intensiv təqdim edəcək. Bu bölmədə tövsiyə olunan və bağlantılar, pop mədəniyyəti, anime kimi müxtəlif kateqoriyalara bölünmüş süni intellekt avatarları təqdim olunacaq. İstifadəçilər burada istədikləri AI botunu seçərək onunla həmin sahə üzrə söhbət edə biləcək.

Bildirilir ki, Meta-nın bu dəyişikliyi “WhatsApp” istifadəçilərini AI-a inteqrasiyanı daha çox sınamağa təşviq etməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru