Məşhur aktrisa ekranlara qayıtdı VİDEO

15-01-2025, 11:27           
Məşhur aktrisa ekranlara qayıtdı  VİDEO
"Netflix" onlayn kinoteatrı "Back in Action" adlı döyüş filminin son treylerini təqdim edib.

Oxu.Az xəbər verir ki, bu, Kemeron Diazın iştirakı ilə son 10 il ərzində çəkilən ilk filmdir.

Yeni filmin premyerası yanvarın 17-də baş tutacaq.

"Back in Action" keçmiş xəfiyyələr Emili və Mettin ailə həyatı qurmaq üçün işlərindən imtina etməsindən bəhs edir. Lakin bir neçə il sonra qəhrəmanlar yenidən casusluq dünyasına qayıdırlar.

Filmdə baş rolları Kemeron Diazla yanaşı Ceymi Foks canlandırıb. Layihənin rejissoru Set Qordondur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru