“Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm” – Üzeyir

25-01-2025, 10:34           
“Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm” – Üzeyir
“Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm. Düz gəlmir, səhnə də olmur. Mənə pul önəmli deyil. Başqa ölkələrdən şirkətlər zəng vurur, dəvət edir. Həmin zaman mən bu kiçik məclisdəki görüntüyə görə onlardan böyük səhnə istəyə bilmərəm. Ona görə də belə kiçik məclisə getmirəm”.

Bu sözləri müğənni Üzeyir Mehdizadə “Qonaqcanlı” verilişində deyib. O bildirib ki, banketlərdən gələn dəvətlərdən imtina edir.

Üzeyir aparıcı Aytəkin Mərdanovanın övladları ilə bağlı sualını cavabsız qoyub. İfaçı 3 övladı olduğunu təsdiqləsə də, bu haqda danışmaq istəməyib.
“Burada ayıb heç nə yoxdur, amma danışmaq istəmirəm. Xasiyyətimlə bağlıdır. Əvvəldən beləyəm, sonradan dəyişməmişəm” deyə, müğənni bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru