Şok etiraf: Əri intihar edən Sedokova 60 min dollar qarşılığında kişilərlə görüşürmüş
Dünən, 16:48
Ötən ilin sonlarında ərinin intiharı ilə bağlı qalmaqalın mərkəzinə düşən rusiyalı məşhur ifaçı Anna Sedokova kişilərlə pul müqabilində görüşürmüş.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyada iş qadını olan Kseniya Merts "Pust qovoryat" şousunda iddia edib.
"Annanın ərlərindən biri, mənim tanışım olan şəxs, onunla ilk görüşü üçün pul ödəyib. Mən hətta məbləği də deyə bilərəm - bu, 60 min dollardır", - deyə Merts bildirib.
O, kişinin adını açıqlamaqdan imtina edib.
Merts "Via-Qra" qrupunun sabiq üzvünün həmişə pulu sevdiyini deyib.
Bununla belə, sahibkar xanım Sedokovanın keçmiş əri, basketbolçu Yanis Timma ilə baş verən faciədə günahkar olduğuna şübhə ilə yanaşıb. O, basketbolçunun dostlarının iddia etdiyi kimi ifaçının Timmanı çıxılmaz vəziyyətə sala biləcəyinə inanmadığını vurğulayıb.
Xatırladaq ki, dekabrın 17-də müğənni Anna Sedokovanın keçmiş əri, latviyalı basketbolçu Yanis Timmanın Moskvada intihar etdiyi məlum olub. Onun telefonunda "Annaya zəng edin" və telefon nömrəsi yazılmış ekran şəkli olub.
Məsələ burasındadır ki, basketbolçu bundan əvvəl Sedokovanı şantaj edib ki, ona qayıtmasa, özünü öldürəcək. Yanis hətta keçmiş həyat yoldaşının paylaşımına özünün ölüm tarixini də yazıbmış.
Yanis Timma ilə faciədən sonra Anna Sedokova xəstəxanalıq olub.