Tarantino sonuncu filmi üçün planlarından danışdı

29-01-2025, 00:02           
Tarantino sonuncu filmi üçün planlarından danışdı
Dünyaca məşhur rejissor Kventin Tarantino sonuncu filmini 2026-cı ildən sonra çəkəcəyini bildirib.

Kulis.az xəbər verir ki, rejissorun sözlərinə görə, o, sonuncu filmini oğlunun altı yaşı tamam olandan sonra çəkmək niyyətindədir.

Qeyd edək ki, rejissorun oğlu 2020-ci ildə, qızı isə 2022-ci ildə dünyaya gəlib.

"Nə qədər ki, uşaqlarım çox balacadır, heç nə başa düşmürlər, kinoya qayıtmaq fikrim yoxdur. Oğlumun ən azı altı yaşı tamam olana qədər film çəkmək istəmirəm. Ağlı kəsəndən sonra mənimlə çəkilişlərdə iştirak edəndə nə baş verdiyini biləcək və bu, onun yadında ömürlük qalacaq. Qızıma qalanda isə, o elə indi də hər şeyi başa düşür", - Tarantino bildirib.

Qeyd edək ki, rejissor hazırda teatr tamaşasına quruluş verməklə məşğuldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru