Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...

6-02-2025, 00:09           
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
“Bi-2” rok qrupunun vokalisti Leva (əsl adı Yeqor Bortnik) Bakıdakı konsertini ləğv etmək qərarına gəldiyini bildirib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, vokalistin sözlərinə görə, o, bunu həbs olunmaqdan qorxduğu üçün edib.

Yeqor Bortnik etiraf edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan və Qazaxıstana qastrol səfərinə gəlməkdən qorxur.

“İndi, görünür, fasilə verməli olduğumuz vaxtdır. Mən də hamı kimi eyni qorxulara qalib gəlirəm. Mən də həyatımı dəmir barmaqlıqlar arasında bitirmək istəmirəm. Mənim üçün bu bir qədər qorxulu yuxudur”, Bortnik əlavə edib.

Qeyd edək ki, vokalist Azərbaycanda kimin saxlanılması barədə açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru