Ona böyrəyini bağışlayan oğluna miras qoymadı - FOTO

Dünən, 17:14           
Ona böyrəyini bağışlayan oğluna miras qoymadı - FOTO
Ferdi Tayfurun vəfatından sonra mirası ilə bağlı müxtəlif xəbərlər və iddialar ortaya çıxıb.

Son məlumatlara görə, 17 oktyabr 2024-cü ildə notarius vasitəsilə tərtib etdiyi vəsiyyətnaməsi 5 fevral 2025-ci ildə Muğlanın Marmaris ilçəsindəki 1-ci Sülh Cəza Məhkəməsində açılıb.

Vəsiyyətnamədə mirasının bir hissəsini müxtəlif vəqflərə bağışladığı qeyd edilib. Lakin qızı Tuğçe Tayfur və oğlu Timur Turanbayburt Tayfur bu vəsiyyətnaməyə etiraz ediblər.

Bununla yanaşı, Ferdi Tayfurun vəkili Hakan Tamgüç, Tuğçe Tayfurun mirasdan məhrum edilmədiyini və payını alacağını bildirib.

Sağlığında ona böyrəyinin birini verən oğlu Timur Tayfurun isə mirasdan məhrum edildiyi qeyd olunub.

Ferdi Tayfurun illik təxminən 35 milyon TL məbləğində müəllif hüquqları gəliri əldə etdiyi və bu gəlirin də qanuni varislərinə keçəcəyi bildirilir.

Mirasın dəqiq bölüşdürülməsi və digər hüquqi məsələlərlə bağlı proseslər hələ davam edir. (olay)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.