Xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO

10-02-2025, 17:34           
Xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO
SSRİ xalq artisti, teatr və kino aktyoru Oleq Strijenov 95 yaşında vəfat edib.

"Referans" xəbər verir ki, bu barədə fevralın 9-da sənətçinin həyat yoldaşı Lionella Strijenova “İzvestiya”ya məlumat verib.

Bundan əvvəl media aktyorun xəstəxanada olması ilə bağlı məlumat yayıb. Eyni zamanda yaxınları onun özünü yaxşı hiss etdiyini və xəstəxanada planlı müayinədən keçdiyini bildiriblər.

Oleq Strijenov 1929-cu il avqustun 10-da Blaqoveşenskdə anadan olub. Dram məktəbini bitirdikdən sonra Tallində Estoniya SSR Rus Dram Teatrında aktyor kimi çalışıb, sonra Leninqradda Puşkin adına Dram Teatrında, Moskvada Kino Aktyor Studiya Teatrında və Moskva İncəsənət Teatrında çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru