Xumar Qədimova ilkə imza atdı! - VİDEO

13-02-2025, 10:44           
Xumar Qədimova ilkə imza atdı! - VİDEO
Əməkdar artist Xumar Qədimova Azərbaycan sənət aləmində bir ilkə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu dəfə də möhtəşəm bir layihə hazırlayıb.

Qədimova Vilyam Şekspirin “90-cı Sonet”ini oxuyub.

Sənətin incisi bu dəfə mahnını “Əqrəb” ləqəbi ilə tanınan bacısı Matanla duet şəklində səsləndirib. Kompozisiya üzərində Fərahim Sadiq, Yaşar Baxış və Samir Əsəd birlikdə çalışıb.

Qədimova bildirib ki, bu böyük əsəri ərsəyə gətirmək onun uzun illərdir arzusu olub. İfaçı bu iş üzərində uzun müddət çalışıb.

Müğənni yeni işi üçün maraqlı fotosessiya da etdirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru