Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər.

Dünən, 07:34           
Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər.
"Son günlər musiqimiz yaman gündədir. Bu, yaralı yerimdir. Efirdən kənar düşdüm. Musiqidən bixəbər, duyğusuz insanlar onu elə bir yerə gətirib çıxartdılar ki..."

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Qonaqcanlı" verilişində deyib. Sənətçi bayağı mahnıların efirdə reklam edilməsini tənqid edib:

"Elə musiqilərə qulaq asırlar ki, deyirəm, siz nə edirsiniz? Bizi küsdürürsünüz. Meydan boş qala bilər. Amma ondan daha yaxşısı efirə çağırılmalıdır. Bu efir heyifdir. Efirə elə müğənnilər, sənətkarlar həsrət qalıb ki... Uzun müddət gözləyiblər ki, çıxa bilsinlər. İndi isə nə qədər əlçatan olub. Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər. Rəhbərlikdən çox şey asılıldır. Xahiş edirəm, efirdə musiqini yaman günə qoymayaq. Ayıbdır. Bir az həssas, diqqətli yanaşaq. Biz buna görə doğru-düzgün yaxınlarımızı görmədik, balalarımızın üzünə həsrət qaldıq. Söhbət sənətkarlardan gedir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.