Məşhur müğənninin qardaşı həbs olundu - FOTO

Dünən, 16:34           
Məşhur müğənninin qardaşı həbs olundu - FOTO
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin qardaşı Hüseyn Tatlı keçən həftəsonu Antalyada verdiyi konsertdən sonra taksi sürücüsü ilə aralarında yaranan münaqişəyə görə həbs olunub.

"Türkiye Gezetesi" xəbər verir ki, münaqişəyə Tatlının taksi qiymətlərindən narazılığı səbəb olub.

Tatlı ilə sürücü ilə arasında başlayan şifahi mübahisə qısa zamanda fiziki şiddətə çevrilib. İddiaya görə, Tatlının vurduğu cavab zərbəsi nəticəsində sürücü yerə yıxılıb. Bunun ardınca sürücünün dostları Tatlıya təpik və yumruqlarla hücum ediblər.

Üç nəfərin hücumuna məruz qalan musiqiçi aldığı zərbələr nəticəsində yerə yıxılaraq ayağını sındırıb. Digər tərəfdən, başından aldığı zərbə nəticəsində ağır yaralanan taksi sürücüsü bütün gecəni reanimasiyada müşahidə altında qalıb.

Müalicəsindən sonra saxlanılan Hüseyin Tatlı sürücünün həyatını təhlükə altına atması səbəbi ilə həbs olunub. Hadisə ilə bağlı istintaq davam edir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.