1965-ci ildə çəkilən film 60 ildən sonra təqdim olunub - VİDEO

24-04-2025, 09:14           
1965-ci ildə çəkilən film 60 ildən sonra təqdim olunub - VİDEO
“Dəniz” sənədli filmi 1965-ci ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

“Azərbaycanfilm" kinostudiyasının məlumatına görə, film 2023-cü ildə Oqtay Mirqasımovun 80 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Film Fondu tərəfindən rəqəmsallaşdırılaraq elektron bərpa olunub.

Diktor mətni yoxdur, danışan dənizdir. Kinooçerkdə dənizin həyatımızdakı önəmli rolundan bəhs edilir. Xəzər dənizinin sərvətlərindən lirik planda söhbət açılır, orada çalışan insanların cəsurluğu və romantik əməyi tərənnüm olunur.

Filmin rejissoru Oqtay Mirqasımov, ssenari müəllifləri Anar və Maqsud İbrahimbəyov, operatorları Zaur Məhərrəmov, Tofiq Sultanov və Boris Vlasov, bəstəkarı Emin Sabitoğludur. Məxsusi həmin film üçün yazılmış, sözləri Vaqif Səmədoğluna məxsus eyniadlı mahnını Anatollu Qəniyev ifa edir.

“Dəniz” filminə aşağıdakı linkdən baxmaq olar:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru