"Sən kim olduğunu bilirsən" - Selena Qomezdən Heyli Biberə gözlənilməz ismarış

23-05-2025, 15:46           
"Sən kim olduğunu bilirsən" -
Məşhur müğənni və aktrisa Selena Qomez model Heyli Biberə açıq şəkildə dəstək nümayiş etdirib.

Bu barədə "Elle" jurnalı xəbər verib.

Bildirilir ki, Selena Qomez "Instagram" sosial şəbəkəsində Heylinin gözəllik brendinin "Sephora" mağazalar şəbəkəsində satışa çıxarılması ilə bağlı paylaşımını bəyənib. Bundan əlavə, Selena şəxsi profilində qeyri-müəyyən, lakin mənalı bir paylaşım edib:

"Sən kim olduğunu bilirsən... və mən sənə heyranam".

Qomez konkret olaraq Castin Biberin həyat yoldaşının adını çəkməsə də, sosial media istifadəçiləri bu sözlərin məhz Heyliyə ünvanlandığını iddia ediblər. Bir çoxları bunu Selenanın keçmişin kölgəsindən çıxmaq istəyi ilə əlaqələndiriblər.

Qeyd edək ki, Selena Qomez müğənni Castin Biberlə 2010-cu ildən 2018-ci ilə qədər münasibətdə olub. Ayrıldıqdan sonra Castinin Heyli ilə evlənməsinə baxmayaraq, Selena uzun müddət bu münasibətlərə görə paparassilərin diqqət mərkəzində qalıb. Bu fonda o, hətta musiqiçi və prodüser Benni Blanko ilə nişanını təxirə salıbmış. İfaçıya yaxın mənbənin sözlərinə görə, Selena Qomez Biberə acıq vermək üçün ərə getməkdə ittiham olunacağını bildiyi üçün belə şayiələrin yayılmasının qarşısını almağa çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru