ABŞ-dən olan tanınmış müğənniyə ağır beyin xəstəliyi diaqnozu qoyulub

Bu gün, 13:04           
ABŞ-dən olan tanınmış müğənniyə ağır beyin xəstəliyi diaqnozu qoyulub
Tanınmış ABŞ-li müğənni və pianoçu Billi Coeldə aşkarlanan xəstəlikdən sonra sənətçi bütün planlaşdırılmış konsertlərini ləğv edib.
Bu barədə "Piano Man" saytında dərc edilən məlumatda qeyd olunur.

76 yaşlı sənətçiyə hidrosefaliya diaqnozu qoyulub. Bu, beyinin maye ilə dolu boşluq və mədəciklərinə onurğa beyin mayesinin normadan artıq toplanması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlikdir. Xəstəlik yaddaş problemləri də daxil olmaqla idrak pozğunluğuna, həmçinin yerimə çətinliyinə səbəb ola bilər.

Məlumatda qeyd olunur ki, son konsertlərdən sonra Billi Coelin vəziyyəti pisləşib və həkimlər ona istirahət etməyi və müalicəyə başlamağı tövsiyə ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.