Təyyarədən enən Britni Spirs polis bölməsinə aparıldı

25-05-2025, 13:34           
Təyyarədən enən Britni Spirs polis bölməsinə aparıldı
Britni Spirs təyyarədə siqaret çəkdiyi üçün polis bölməsinə aparılıb.

Bu barədə TMZ məlumat yayıb.

Hadisə Meksikanın Kabo San Lukas şəhərindən Los-Anceles Beynəlxalq Hava Limanına uçarkən baş verib.

Nəşrin məlumatına görə, sənətçinin şəxsi təyyarənin göyərtəsində spirtli içki qəbul edib siqaret yandırması stüardları qəzəbləndirib. Onun davranışı "problemli" kimi qiymətləndirilib.

Los-Anceles hava limanına çatan kimi Britni hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qarşılanıb və ona bu cür davranışın yolverilməz olduğu barədə xəbərdarlıq edilib. Daha sonra ona hava limanını tərk etməyə icazə verilib.

Spirs hadisəni yumorla qarşılayıb və "Instagram"da hava yolları işçilərindən üzr istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru