Ayaz Salayevdən Röya ilə bağlı daha bir açıqlama

26-05-2025, 00:04           
Ayaz Salayevdən Röya ilə bağlı daha bir açıqlama
Xəbər verdiyimiz kimi “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. Bundan sonra Röya Ayxan isə instaqram hesabında video yayaraq A.Salayevin ünvanına sərt sözlər deyib.

TEREF xəbər verir ki, manset.az məsələ ilə bağlı Ayaz Salayevlə əlaqə saxlayıb.

O bildirib ki, Xalq artisti Röya Ayxana hörmətlə yanaşır:

“Mən artıq Röya ilə bağlı heç nə deməyəcəm. Röya çox gözəl qadındır. Mənim onunla problemim yoxdur. Onun “mən öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın” deməsi qətiyyən mənə heç təsir etmədi. Nə istəyirsə, qoy desin. Mənə xoşdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru