Rusiyalı məşhur Ancelina Coli ilə nahar edib, "Coker"in ayağını tapdalayıb

26-05-2025, 16:58           
Rusiyalı məşhur Ancelina Coli ilə nahar edib, "Coker"in ayağını tapdalayıb
Rusiyalı teleaparıcı və jurnalist Kseniya Sobçak Ancelina Coli ilə nahar etdiyini bildirib.

O, bu barədə "Telegram" kanalında yazıb.

Jurnalistin sözlərinə görə, nahar Kann Film Festivalı çərçivəsində baş tutub.

Sobçak bu hadisəni onun üçün tədbirin ən yaddaqalan anları sırasına daxil edib.

O, həmçinin "Coker" filminin ulduzu, tanınmış aktyor Hoakin Feniksin ayağını tapdaladığını bildirib.

Qeyd edək ki, Kann Film Festivalının builki qalibi İranda yaşayan azərbaycanəsilli rejissor Cəfər Pənahinin "Sadə təsadüf" (Yek tasadef sadeh) filmi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru