Alek Bolduinə cəhənnəmi yaşadan qadın azadlığa çıxdı

26-05-2025, 15:28           
Alek Bolduinə cəhənnəmi yaşadan qadın azadlığa çıxdı
Operator Qalina Hatçinsin qətlinə görə həbs edilən "Rust" ("Pas") filminin silah ustası Hanna Qutyerrez-Rid şərti azadlığa buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Qadın ştat qanunlarının tələb etdiyi cəzasının 85 faizini çəkib və yaxşı davranışına, eləcə də, reabilitasiya proqramını tamamladığı üçün azad edilib.

20 yaşlı Qutyerrez-Rid 23 may 2026-cı ilə qədər işə düzəlməli, komendant saatına əməl etməli və psixi sağlamlıq müayinəsindən keçməlidir. Onun silah sahibi olmasına icazə verilmir və bundan əlavə, qadın mütəmadi olaraq cinayət-icra müfəttişliyinə baş çəkməlidir.

Xatırladaq ki, Qalina Hatçins 21 oktyabr 2021-ci ildə vəfat edib. O, filmin çəkiliş səhnələrdən birini məşq edərkən güllələnib. Belə ki, məşhur aktyor Alek Bolduinin əlində olduğu tapançada səhvən həqiqi güllə olub. Bu hadisə kino ulduzu üçün böyük sarsıntı olub və onun gələcək karyerasını təhlükə altında qoyub. Lakin Bolduin qətl hadisəsi ilə bağlı ittihamlardan çətinliklə də olsa, qurtula bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru