"Bu iş sənlik deyil" dedilər, o isə dünya ulduzuna çevrildi - Morgan Friman

2-06-2025, 00:01           
"Bu iş sənlik deyil" dedilər, o isə dünya ulduzuna çevrildi - Morgan Friman
Bu gün Hollivudun ən tanınmış ulduzlarından biridir.

Amma 40 yaşına qədər nəinki baş rol, heç əməlli-başlı bir rol belə ala bilməmişdi.

Valyuta.az xəbər verir ki, söhbət Morgan Friman-dan gedir.

Atası kasıb bərbər, anası isə təmizlikçi idi. Yoxsulluq içində böyüsə də, böyük xəyallar qurdu. Gənc yaşlarında hərbi hava qüvvələrinə qoşuldu və pilot oldu. Lakin pilot kabinəsində əyləşəndə ürəyinin başqa bir sahəyə bağlı olduğunu anladı və aktyorluq üçün hərbi formadan imtina etdi.

Ancaq bu dəfə iqtisadi çətinliklərlə üz-üzə qaldı. Ofisiant işləyib qutu daşıdı, dolanışıqda çətinlik çəkdi. 40 yaşına qədər yalnız epizodik rollarla kifayətlənməli oldu. Ətrafındakı hər kəs bunun artıq gec olduğunu və bu sahənin ona uyğun olmadığını dedi. Lakin o, imtina etmədi. 50 yaşında ilk böyük rolunu aldı, "Oskar" mükafatını qazandı, unudulmaz obrazlar yaratdı və dünya onu ayaqüstə alqışladı.

"Morgan Friman"ın hekayəsi bizə göstərir ki, həyatda bəzən ən gurultulu alqışlar, ən uzun gözləyişlərin ardından gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru