Həsən Məmmədov: " əslində mən kiməm?"

Bu gün, 11:54           
Həsən Məmmədov: " əslində mən kiməm?"
Həsən Məmmədov: "Düşünəndə ki, bu qədər rollar yaratmışam, həmişə başqalarının həyatını oynamışam, özümə sual vermişəm, bəs, əslində mən kiməm? Cavabım bu olub ki, mən aktyoram, doğma xalqıma xidmət edən aktyor". O, kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə Lətifə adlı tələbə qıza vurulur, sevgisi qarşılıqsız olmur. Gənclər bir müddət sonra ailə qurur. Az sonra onlara kinostudiyanın həyətində tikilən yeni binalarda ev verilir. Ailədə bir qız və bir oğlan övladı doğulur. Ayrı-ayrı illərdə oynadığı rollarına görə saysız hesabsız dövlət mükafatları alan aktyor 1982-ci il dekabrın 1-də Xalq artisti adına layiq görülür. Lakin bu neçə illər ərzində dayanmadan gərgin işləməsi, üstəlik böyük ailənin kiçik mənzildə yaşaması və bununla bağlı aktyorun heç kəsə ağız açmaması, nüfuzundan istifadə etməməsi, hər şeyi ürəyinə salması səhhətinə mənfi təsirini göstərirdi. Ürəyində keçirilən əməliyyatdan sonra günlərin birində aktyor dözməyərək yaxın dostuna gileylənir: “Məzuniyyət zamanı Allahın bir istirahətinə də gedə bilmirəm ki, bir az kənarda dincəlim”. Aktyor 2003-cü il avqustun 26-da dünyadan köçür.
Anar Tağıyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.