"Toydan sonra gizlənməyin, borcu qaytarın!"

6-06-2025, 11:44           
"Toydan sonra gizlənməyin, borcu qaytarın!"
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu musiqiçilərə müraciət edib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq özünə və ya övladına toy etdikdən sonra gizlənən həmkarlarını tənqid edib:

"Son bir ayda çoxlu musiqiçi toyu oldu, Allah mübarək etsin. Bizim iştirak etməyimiz vacib idi. Getməsək də, pul göndərməliyik. Çünki bu, bir-birimizə olan borcdur. Gəliblərsə, biz də iştirak etməliyik. Mənim neçə nəfərə borcum var, çünki övladımın toyunda iştirak ediblər. Məni də çağırırılar, vaxtım olanda gedirəm, olmayanda isə pul göndərirəm. Ay musiqiçilər, özünüzə, övladınıza toy edib sonra gizlənməyin. Belə olmaz, o borcu qaytarnalısınız. O insan musiqiçiyə güvənib toy edir. Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur. Bunu yadda saxlayın.

Bundan əlavə, musiqiçilərin touyunda ifa edən həmkarlarım, pul istəməyin! Musiqiçi həmkarından pul istəməz. Əsas da qoşanağara, nağara və sintizator ifaçıları, ayıbdır, etməyin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru