Amerikalı məşhur müğənni: “Türkiyə hər zaman qəlbimin bir parçası olacaq”
Dünən, 12:14
Amerikalı məşhur müğənni Halsey, 21 avqustda İstanbul Festival Park Yenikapıda konsert verməyə hazırlaşır. Türk pərəstişkarlarına ünvanladığı mesajında o, "İstanbul sevdiyim şəhərlərdən biridir. Türkiyə, sən həmişə qəlbimin bir parçası olacaqsan" sözlərini deyib.
Sherg.az xəbər verir ki, Halseyin DNT testində 11% türk geni olduğu ortaya çıxıb. Müğənninin 2019–2023-cü illərdə türk ssenarist Alev Aydın ilə münasibəti olub və bu münasibətdən "Ender" adlı bir oğlu dünyaya gəlib. Bu dövrdə türk mədəniyyətinə yaxınlıq göstərən Halsey, türk dilini öyrənməyə başlayıb və sosial şəbəkələrdə türkçə paylaşımlar edib.